Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Oçiqava "Sabah"la oyunu buraxacaq

Oçiqava

Tarix: 21 Dekabr 2023 23:24

"Qəbələ" Misli Premyer Liqasının 18-ci turunda "Sabah"la qarşılaşacaq.

Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı qaralar" Qəbələ şəhər stadionunda keçiriləcək matça itkilərlə çıxacaq.

Komandanın hazırlığında iki futbolçu iştirak etməyib. Zurab Oçiqava və Feras Abu Akal zədə səbəbindən komandadan kənarda qalıb.

Xatırladaq ki, sabah keçiriləcək "Qəbələ" - "Sabah" görüşü saat 16:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  Oçiqava Sabahla oyunu buraxacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ