Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xankəndidəki tarixi qolun müəllifi danışdı

Xankəndidəki tarixi qolun müəllifi danışdı

Tarix: 22 Dekabr 2023 01:40

Qarşılaşma gərgin və maraqlı keçdi. Burada oynamaq xoş idi. Tarixi anlar yaşadıq. Allah şəhidlərimizə rəhmət etsin. Bizə bu tarixi anları yaşamaq üçün şərait yaratdığına görə Ordumuza təşəkkür edirəm.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Nəriman Axundzadə Azərbaycan kubokunun 1/8 finalında bu gün Xankəndidə MOİK-lə keçirilən oyundan (1:0) sonra jurnalistlərə müsahibəsində deyib.

Matçın 90+5-ci dəqiqəsində hesabı açan gənc hücumçu vurduğu tarixi qol haqda da danışıb:

"Çox sevindim. Xoşbəxtəm ki, tarixi oyunda tarixi qolun müəllifi oldum. Bir ay bundan öncə belə düşünürdüm ki, Xankəndidə qol vuracağam. O qolun müəllifi olmaq şərəfdir. Vurduğum qolu şəhidlərimizə həsr edirəm".

Milli.Az


Etiketlər:  Xankəndidəki tarixi qolun müəllifi danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ