Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2023 07:40
Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Ukraynada dalana dirənmiş münaqişədən narahatdırlar.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb,
Nəşrin qeyd edib ki, blok yeni rus silahlarının istehsalını qabaqlaya bilmir. Kiyevə yardım üçün uzunmüddətli müqavilələr gələcək illər üçün müdafiə xərcləri ilə bağlı zəmanətli öhdəliklər götürmək istəməyən ABŞ və Avropa hakimiyyətləri üçün ciddi maneə olub.
Bundan əlavə, məqalədə deyilir ki, iri müdafiə şirkətləri də pullarını Ukraynadakı münaqişə üçün kritik olan silahlara yatırmaq istəmirlər, çünki onlar hökumətlərin qərarının sonda sarsılacağından qorxurlar.
Bundan əvvəl Aİ-nin yüksək rütbəli rəsmisi bildirib ki, istehsal problemləri səbəbindən ittifaq Ukraynaya vəd edilən milyon sursatın yalnız üçdə birini təmin edib. Bu bəyanat dekabrın 11-də Aİ xarici işlər nazirlərinin görüşündən əvvəl verilib.