Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2023 22:12
Boğazda yerləşən qalxanvari vəz bütün orqanizmi idarə edən vacib orqandır.
Onun normal funksiyası sağlamlığın əsasıdır.
Sonxeber.net xəbər verir ki, gündəlik vərdişlərimizdən qidalanma və seçdiyimiz geyimlər qalxanvari vəzə təsir edir.
Hətta yatarkən narahat yastıq belə qalxanvari vəzin işini poza bilər.
Qalxanvari vəz yod anbarıdır. Onun qan dövranı aktiv olmalıdır. Qan durğunluğu olduqda onun fəaliyyəti pozulur.
Qalxanvari vəz yuxunu sevir.
Sinir, əsəb, gərginlik onun düşmənidir.
Optimal fəaliyyəti üçün gündə 4-5 dəfə sağlam qidalanmaq, təzə meyvə, tərəvəz yemək lazımdır.
Qalxanvari vəz üçün xurma, dəniz kələmi, balıq, qoz çox vacibdir.
Boğazı kip sıxan vodolazka, sıxıcı boğazlıqlar, boğaza kimi düyməli geyimlər, qalstuk, sintetik materiallar, sviterlər qalxanvari vəzini sıxır.
Soyuq havada onu isti yun şarfla qorumalısız.
Yayda qalxanvari vəzə günəş şüaları düşməsini təmin edin. /medicina.az