Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2023 23:56
BMT Təhlükəsizlik Şurası Qəzza zolağına humanitar yardım çatdırılmasını asanlaşdırmaq məqsədi daşıyan ərəb ölkələrinin hazırladığı qətnamə layihəsini qəbul edib.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, qətnamənin lehinə 13 ölkə səs verib, Rusiya və ABŞ bitərəf qalıb.
Qətnamənin qəbul edilməsi üçün o, Təhlükəsizlik Şurası üzvlərinin doqquz səsini almalı idi, üstəlik, daimi üzvlərindən heç biri sənədin əleyhinə çıxış etməməli idi.