Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyasını dəyişmiş adamı yuxuda görməyin mənası nədir?

Dünyasını dəyişmiş adamı yuxuda görməyin mənası nədir?

Tarix: 23 Dekabr 2023 02:02

Ölümdən sonrakı həyatın xüsusiyyətləri ilə bağlı əksər məsələlərdə dəqiq və konkret fikir bildirmək çətindir. Dünyasını dəyişmiş adamların ruhunun diri şəxslərin yuxusuna təsir edə bilib-bilməməsi barədə məlumatlar da birmənalı deyil. Bəzi mötəbər kitablarda qeyd edilib ki, mərhum şəxslər dirilərin yuxusuna girərək onlara müəyyən xəbərdarlıqlar etmişlər. Bu kimi hallar əsasən məsumlarla və övliyalarla bağlıdır. Lakin bu məsələləri dini sübut kimi qəbul etmək olmaz. İslam dini şəriət məsələlərində yuxu qəbilindən olan halları sübut olaraq qəbul etmir. Buna görə də yuxuda görülənlər əsasında hər hansı dini və dünyəvi hüququ təsbit etmək düzgün deyil. Xalq ənənəsinə görə yuxuya girən mərhum şəxs üçün Quran oxutdurulur, ruhuna rəhmət deyilir, qəbri ziyarət edilir və ya onun adından fəqirlərə sədəqə verilir. Bu ənənəyə hörmətlə yanaşmaq və onu yaşatmaq məsləhətdir.

Milli.Az


Etiketlər:  Dünyasını dəyişmiş adamı yuxuda görməyin mənası nədir


RƏYLƏR