Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Niderland Ukraynaya 18 ədəd F-16 qırıcısı verəcək

Niderland Ukraynaya 18 ədəd F-16 qırıcısı verəcək

Tarix: 23 Dekabr 2023 08:38

Niderland Ukrayna üçün 18 ədəd F-16 qırıcı təyyarəsi hazırlayacaq.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, Niderlandın Baş naziri Mark Rütte bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra özünün sosial media hesabında yazıb.

"Niderland hökumətinin qərarı ilə bağlı Ukrayna Prezidenti Volodimir Zelenskini məlumatlandırdım. Kiyevə 18 ədəd F-16 qırıcı təyyarəsinin tədarükü Ukraynaya hərbi dəstək haqqında sazişlərimizin ən mühüm elementlərindən biridir", - deyə Mark Rütte bildirib.

Niderlandın hökumət başçısı əlavə edib ki, tədarükdən öncə bir sıra şərtlər, o cümlədən kadr və infrastrukturla bağlı tələblər yerinə yetirilməlidir.

Milli.Az


Etiketlər:  Niderland Ukraynaya 18 ədəd F 16 qırıcısı verəcək


RƏYLƏR