Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şmidtin qəbri üzərinə nasist simvolları çəkildi

Şmidtin qəbri üzərinə nasist simvolları çəkildi

Tarix: 24 Dekabr 2023 10:34

Almaniyanın keçmiş kansleri Helmut Şmidtin (1974-1982) Hamburq qəbiristanlığındakı məzarı üzərinə naməlum şəxslər nasist simvolları çəkiblər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə DPA agentliyi yerli polisin nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə cümə günü axşam saatlarında baş verib. Şənbə günü Şmidtin anadan olmasının 105 illiyi tamam olub.

Hadisənin başvermə şəraiti və həmin şəxslərin kimliyi hələlik müəyyən edilməyib. Qəbir daşı təmizlənib.

Milli.Az


Etiketlər:  Şmidtin qəbri üzərinə nasist simvolları çəkildi


RƏYLƏR