Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sulşerdən "Beşiktaş" açıqlaması: Klubdan bunları tələb edir

Sulşerdən

Tarix: 24 Dekabr 2023 13:20

Yeni baş məşqçi axtarışında olan "Beşiktaş" norveçli Ole Qunnar Sulşer ilə əlaqəyə keçib. 

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, "qara-ağlar" "Mançester Yunayted"in sabiq çalışdırıcısına 1,5 illik müqavilə təklifi göndərib. Qərarını hələ ki verməyən 50 yaşlı mütəxəssis "Beşiktaş"a bu cavabı verib: 

"Beşiktaş" klubuna maraqlı təklifləri üçün təşəkkür edirəm. Hələ ki qərar verməmişəm. Əvvəlcə məndən tam olaraq nə istədiyinizi bilməliyəm. Bir layihə veriləcəkmi, yoxsa qısa müddətli bir həll yolu axtarılır? Mən bir layihə varsa, bunu dəyərləndirirəm. Komanda və veriləcək imkanları detallı olaarq bilməliyəm. Bu məsələlər dəqiqləşəndən sonra qərarımı verəcəm". 

Qeyd edək ki, 2021-ci ildə "Mançester Yunayted"dən ayrılan Sulşer 2 ildir baş məşqçilik etmir.

Milli.Az


Etiketlər:  Sulşerdən Beşiktaş açıqlaması Klubdan bunları tələb edir


RƏYLƏR