Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nikaraquada avtobus qəzaya uğrayıb - xeyli sayda ölən var

Nikaraquada avtobus qəzaya uğrayıb - xeyli sayda ölən var

Tarix: 24 Dekabr 2023 14:36

Nikaraquanın mərkəzində, Mataqalpa departamentinin Manseras bələdiyyəsi yaxınlığında içərisində təxminən 70 nəfərin olduğu sərnişin avtobusu aşıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qəza nəticəsində 19 nəfər həlak olub, 43 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə yaralanıb.

Avtobus Mataqalpa - Vaslala marşrutu üzrə hərəkət edib.

İlkin məlumata görə, avtobusun aşmasına səbəb nəqliyyat vasitəsinin körpünün hasarına çırpılması olub.

Milli.Az


Etiketlər:  Nikaraquada avtobus qəzaya uğrayıb xeyli sayda ölən var


RƏYLƏR