Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2023 23:36
Alimlərin "tale kalkulyatoru" adlandırdığı süni intellekt alqoritmi insanların nə vaxt öləcəyini dəqiq proqnozlaşdırıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, danimarka və ABŞ-dan olan tədqiqatçılar tərəfindən həyata keçirilən layihənin təfərrüatları "Nature Computational Science" jurnalında dərc edilib. Onlar ChatGPT-ə bir qədər bənzəyən AI maşın öyrənmə transformatoru modelini yaradıblar.
Life2vec adlanan model tədqiqatda iştirak edən Danimarka hökuməti tərəfindən Danimarkadakı 6 milyondan çox insan haqqında məlumatları - yaş, sağlamlıq, təhsil, iş, gəlir və digər həyat hadisələrini təhlil edib.
Life2vec inkişaf etdikcə o, "insan həyatının fərdi trayektoriyalarını" qurmağa qadir olur.
Tədqiqatçılar hesabatda bildiriblər ki, nəticədə süni intellekt dizaynı 2020-ci ilə qədər ölənlərin təxminən 78%-nin ölüm tarixini düzgün proqnozlaşdıra bilib.
Proqram və onun məlumatları şəxslərin məxfiliyini qorumaq üçün dərc edilmir.