Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ Prezidentinin təyyarəsi yaxınlığında UNO göründü

ABŞ Prezidentinin təyyarəsi yaxınlığında UNO göründü

Tarix: 25 Dekabr 2023 06:44

ABŞ Prezidenti Co Baydenin olduğu təyyarənin Los-Anceles hava limanına enişi zamanı uçan naməlum obyekt görünüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nyu York Post" məlumat yayıb.

Belə ki, şarabənzər aparat hava limanı yaxınlığında lentə alınan həvəskar çəkilişə düşüb.

Prezidentin təyyarəsini müşayiət edən F-35 qırıcısına yanacaq doldurulan zaman videoda qəribə obyekt peyda olub.

"Sən də bunu gördün? Nə isə uçdu. Bu, UNO-dur?" - deyə video müəlliflərindən biri Coşua Solorzano deyib.

Lakin onun qardaşı Piter Solorzano bu versiya ilə razılaşmayıb. O, görünən obyektin hava şarı olduğunu bildirib.

Məqalədə qeyd edilir ki, insident dekabrın əvvəllərində baş verib. Adıçəkilən həvəskar şəxslər prezidentin təyyarəsini və onu müşayiət edən iki F-35 qırıcısını lentə almaq istəyiblər.

Milli.Az


Etiketlər:  ABŞ Prezidentinin təyyarəsi yaxınlığında UNO göründü


RƏYLƏR