Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2023 21:26
Günəşdə çoxsaylı partlayışlar qeydə alınıb.
Sonxeber.net sfera.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin "The Watchers" ixtisaslaşmış informasiya saytı məlumat yayıb.
Saytın məlumatına görə, Günəşdə baş verən partlayış Yerdə maqnit qasırğası yaradacaq.
Maqnit qasırğasının 27 dekabr 2023-cü il tarixində günün sonunda olacağı gözlənilir. Nəşrin məlumatına görə, son 24 saat ərzində Günəş aktivliyi orta səviyyəyə yüksəlib.
Qeyd edək ki, maqnit qasırğaları Günəş küləyinin planetin maqnitosferi ilə qarşılıqlı təsiri nəticəsində Yerin xarici qabığında baş verən hadisələrdir. Günəşdən çıxan yüklü hissəciklərin axınları Yerin maqnit sahəsi ilə qarşılıqlı təsirə girərək pozulmalara səbəb olur.