Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Toplanan xal faizinə görə Avropanın ən yaxşı 5 klubu açıqlanıb

Toplanan xal faizinə görə Avropanın ən yaxşı 5 klubu açıqlanıb

Tarix: 26 Dekabr 2023 03:50

2023/2024 mövsümündə toplanan xal faizinə görə Avropanın ən yaxşı 5 klubu müəyyənləşib.

Milli.Az report-a istinadən xəbər verir ki, araşdırma "Top-5" liqalara şamil edilib.

Siyahıya Almaniya Bundesliqasının lideri "Bayer 04" başçılıq edir. Leverkuzenlilər çempionatda mümkün xalların 87 faizini (45 mümkün xaldan 39-nu) toplayıblar.

İkinci pillədə 86 faizlə (51-dən 44-ü) İspaniya təmsilçisi "Jirona" qərarlaşıb. İlk "üçlüy"ü 85 faizlə (48-dən 41-i) İtaliya klubu "İnter" tamamlayıb.

Sonrakı yerləri Almaniya nəhəngi "Bavariya" (83 faiz - 42-dən 35-i) və İspaniya təmsilçisi "Real" (82 faiz - 51-dən 42-si) tutublar.

Müqayisə üçün əlavə edək ki, Azərbaycan Premyer Liqasının lideri "Qarabağ" geridə qalan 17 turda 38 top toplayıb. 13 xal itirən ağdamlılar 74 faizlik göstəriciyə imza atıblar.

Milli.Az


Etiketlər:  Toplanan xal faizinə görə Avropanın ən yaxşı 5 klubu açıqlanıb


RƏYLƏR