Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyanın daha bir iri hərbi gəmisi vuruldu

Rusiyanın daha bir iri hərbi gəmisi vuruldu

Tarix: 26 Dekabr 2023 07:36

Ukrayna Hərbi Hava Qüvvələri işğal altındakı Krım yarımadasının Feodosiya şəhərinin limanında "Novoçerkassk" desant gəmisini məhv edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Mıkola Oleşşuk teleqramda bildirib.

"Rusiyada donanma getdikcə azalır. Bu dəfə Rusiyanın Qara dəniz flaqmanı "Moskva" kreyseriböyük "Novoçerkassk" desant gəmisi müşayiət edir", - o vurğulayıb.

Xatırladaq ki, daha öncə 2022-ci ilin martın 24-də sözügedən gəmi işğal altındakı Berdyansk şəhərinin limanında olarkən Ukrayna qüvvələrinin raket hücumuna məruz qalıb. "RİA Novosti" həmin olayda ekipajın üç üzvünün öldüyünü açıqlamışdı. Eyni ilin aprelində isə Ukrayna qüvvələri Rusiyanın Qara dəniz donanmasının flaqmanı "Moskva" kreyserinə qanadlı raketlərlə zərbə endirərək onu batırıblar.

Milli.Az


Etiketlər:  Rusiyanın daha bir iri hərbi gəmisi vuruldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ