Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nikol Piterdə Qərbə mesaj verdi, Batya isə hədələdi

Nikol Piterdə Qərbə mesaj verdi, Batya isə hədələdi

Tarix: 26 Dekabr 2023 08:22

Ermənistan Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının Sankt-Peterburq sammitində çıxışı zamanı "Aİİ-ni geosiyasi olmayan iqtisadi birlik" adlandırıb və qeyd edib ki, Avrasiyaya inteqrasiyanın siyasiləşdirilməsinə qarşıdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə politoloq Asif Nərimanlı qeyd edib.

O bildirib ki, Paşinyanın bu sözləri Qərbə ünvanlanmış kimi görünür: bununla Rusiyaya qarşı mövqeyindən imtina etmədiyini, sammitə iqtisadi əməkdaşlığa görə getdiyini və Avrasiyaya inteqrasiyanın siyasi yox, iqtisadi məqsəd daşıdığını ifadə edir:

"Sammitdə əsas diqqətçəkən məqam isə Putinin Paşinyana demək istədiyi sözləri ənənəvi olaraq Lukaşenkonun dili ilə çatdırması idi. Belarus Prezidenti Lukaşenko Ermənistana Fransaya bel bağlamamağı tövsiyə etdi, Əfqanıstanı nümunə çəkdi və üz döndərəcəyi təqdirdə iqtisadi baxımdan "öləcəyi" mesajını verdi. Belə demək mümkünsə, Batya Paşinyanı Putinin ona verdiyi "şirin dillə" hədələdi".

Milli.Az


Etiketlər:  Nikol Piterdə Qərbə mesaj verdi Batya isə hədələdi


RƏYLƏR