Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qızılcaya qarşı vaksinasiya könüllü olacaq, yoxsa məcburi? - VİDEO

Qızılcaya qarşı vaksinasiya könüllü olacaq, yoxsa məcburi? - VİDEO

Tarix: 26 Dekabr 2023 11:04

40 yaşına qədər hər kəs qızılca əleyhinə peyvənd oluna biləcək.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, vaxtında qızılcaya qarşı vaksinasiyadan kə narda qalan 11-40 yaşlı əhali üçün Səhiyyə Nazirliyi tərəfindən ölkəyə yeni vaksin preparatları gətirilib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib ki, 40 yaşa qədər əhali üçün ölkəyə gətirilən yeni peyvənd məcburi deyil. Lakin, heç vaxt qızılca xəstəliyinə tutulmayan və peyvənd olunmayan vətəndaşlar üçün vacib hesab edilir.

Afaq Əliyeva qeyd edib ki, vaksindən kənarda qalan uşaqların da vaksinə cəlb olunması nəticəsində 70 min uşaq peyvəndlənib ki, bu da infeksiyasnın yayılmasını az da olsa səngidib. 40 yaşdan yuxarı əhalinin isə peyvənd olunmasına ehtiyac yoxdur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Qızılcaya qarşı vaksinasiya könüllü olacaq yoxsa məcburi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ