Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2023 17:34
İran uranın zənginləşdirilməsini 60 faizə çatdırıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin qeyd edib ki, söhbət Nətənz və Fordo regionlarında yerləşən iki nüvə obyektindən gedir. İrandan uranın zənginləşdirilməsi sürəti ay ərzində 3-9 kq qiymətləndirilib.
Həmçinin əlavə olunub ki, bu məlumatlar Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) hesabatına istinadən dərc edilib. İranın ötən ayın sonundan etibarən uranın zənginləşdirilməsi sürətini artırmağa başladığı bildirilib. AEBA-nın qiymətləndirməsinə əsasən, atom silahı istehsal etmək üçün uranın 90 faizə qədər zənginləşdirilməsi lazımdır və 1 atom bombası üçün təxminən 42 kq material nəzəri cəhətdən kifayətdir.