Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2023 22:12
Birinci Liqanın 12-ci turunda "Karvan" "Zaqatala"nı qəbul edib. Görüş Yevlax təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Matçın sonlarına yaxın yaşanan dava-dalaşla bağlı "Karvan"ın insidentdə yaxından iştirak edən hücumçusu Ruslan Voronsovun fikirlərini öyrəndik.
Sonxeber.net xəbər verir ki, Voronsovun fanat.az-a açıqlaması belə olub:
"Şeytana lənət, əsəbimə sahiblik edə bilmədim və gedib oyunçunu itələdim. Buna görə də "qırmızı" aldım. Bu hadisədən əvvəl də hakimlər evimizi yıxdılar. Təmiz qolumuzu qeydə almadılar. Bütün hər şeyi hakimlər etdilər. Bir hadisə oldu və mənə deyir ki, görmədim. Görməyəcəksənsə, niyə bu peşəni seçmisən?".
Qeyd edək ki, 90-ci dəqiqədə Ruslan rəqibə qarşı yolverilməz hərəkətə görə qırmızı vərəqə ilə cəzalanıb.