Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nigeriya Prezidenti 115 nəfərin qatillərinin tutulması barədə göstəriş verdi

Nigeriya Prezidenti 115 nəfərin qatillərinin tutulması barədə göstəriş verdi

Tarix: 27 Dekabr 2023 08:52

Nigeriya Prezidenti Bola Əhməd Tinubu ölkənin Plateo əyalətində 115 nəfərin ölümünə səbəb olan hücumların səbəbkarlarının qısa zamanda tutularaq məsuliyyətə cəlb olunması barədə göstəriş verib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, tinubunun xüsusi müşaviri Ajuri Nqelalenin Prezidentin Plateo əyalətinin müxtəlif kəndlərində silahlı hücumlar nəticəsində çox sayda insanın ölməsindən kədərləndiyini bildirib. Dövlət başçısı aidiyyəti dövlət qurumlarına təcili tədbirlər görmək, cinayətkarları tutmaq barədə göstəriş verib.

Hücumu "qəddar" kimi xarakterizə edən Tinubu, qatillərin tutulanda ədalətlə üzləşəcəklərini əmin edib.

Qeyd edək ki, əyalətin Bokkos və Barkin-Ladi bölgələrində kəndlərə hücumlar zamanı 221 ev yandırılıb. Əyalət valisi Caleb Mutfvanq əyalətin 15 kəndinə təşkil edilən hücumlarda həyatını itirənlərin sayının 115-ə yüksəldiyini açıqlayıb.

Nigeriyanın Plateo əyalətində silahlı şəxslər dekabrın 24-ü kənd icmalarına silahlı hücum edib. Yerli media çoxlu sayda insanın həyatını itirdiyini açıqlayıb.

"Amnesty International" təşkilatının Nigeriya Ofisi ("Amnesty International Nigeria") bölgədə 20 icmaya qarşı silahlı hücumlarda ölənlərin sayının 140 nəfəri keçdiyini bildirib. Təşkilat rəsmiləri, hücumların Barkin-Ladi şəhəri ətrafında, xüsusilə də Bokkos şəhəri ətrafındakı icmaların hədəf alındığını vurğulayaraq, "şənbə gecəsi başlayan hücumlarda onlarla insan yaralanıb və didərgin düşüb", - deyiblər.

Bokkosun yerli rəsmiləri hücumlarla bağlı açıqlamada ölənlərin sayının 160-ı keçdiyini, 300-dən çox yaralının isə xəstəxanalarda müalicə olunduğunu bildiriblər. Yerli media hücum edənləri silahlı cinayətkar qrup adlandırıb.

Milli.Az


Etiketlər:  Nigeriya Prezidenti 115 nəfərin qatillərinin tutulması barədə göstəriş verdi


RƏYLƏR