Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Harley Davidson”nın Türkiyədəki fanatları dostlarını belə evləndirdi - VİDEO

“Harley Davidson”nın Türkiyədəki fanatları dostlarını belə evləndirdi - VİDEO

Tarix: 27 Dekabr 2023 17:12

İstanbulda "Harley Davidson Turkey" motosiklet qrupu üzvləri qrupdakı dostları üçün möhtəşəm evlilik təklifi planı hazırlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Çatalca yolu ilə irəliləyən qrup üzvlərini əvvəlcə polis saxlayıb. Onlarla motosikletçi sağa çəkilərək polislə danışmağa başlayıb.

Daha sonra polis qrup üzvlərindən birini avtomobilə doğru aparmağa çalışarkən, onun sevgilisi müdaxilə etməyə çalışıb. Sevgilisinə tərəf qaçan qadının önündən birdən-birə izdiham çəkilib və birdən əlində üzük olan sevgilisi onun qarşında dayanıb.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan hadisənin videosu böyük marağa səbəb olub.

Milli.Az


Etiketlər:  Harley Davidsonnın Türkiyədəki fanatları dostlarını belə evləndirdi VİDEO


RƏYLƏR