Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə hakimi döyən keçmiş prezidentlə bağlı QƏRAR

Türkiyədə hakimi döyən keçmiş prezidentlə bağlı QƏRAR

Tarix: 28 Dekabr 2023 01:38

Türkiyə Superliqasının 15-ci turunda "Rizəsppor"la oyundan (1:1) sonra hakim Xəlil Meleri yumruqla vuran "Ankaragücü"nün sabiq prezidenti Faruk Qoca həbsdən buraxılıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, F.Qocanın vəkilləri istintaqın davam etdiyi müddət ərzində onun həbsdə qalmasına etiraz ediblər.
Etirazı dəyərləndirən Ankara Ağır Cəza Məhkəməsi F.Qocanın məhkəmə nəzarəti altında azadlığa buraxılmasına qərar verib.

Hakimin döyülməsinə görə F.Qoca ilə birlikdə həbs edilən Yunus Şahin və Kenan Çetinkayanın həbsi isə davam edir.

Milli.Az


Etiketlər:  Türkiyədə hakimi döyən keçmiş prezidentlə bağlı QƏRAR


RƏYLƏR