Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-da yeniyetmə Milad hədiyyələri üstündə bacısını güllələyib

ABŞ-da yeniyetmə Milad hədiyyələri üstündə bacısını güllələyib

Tarix: 28 Dekabr 2023 06:40

ABŞ-ın Florida ştatında 14 yaşlı yeniyetmə Milad hədiyyələri üstündə münaqişə zamanı 23 yaşlı bacısını güllələyib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "The Washington Post" yerli şerifə istinadən məlumat yayıb.

Belə ki, qız Milad ərəfəsində iki yeniyetmə qardaşı arasında kimin ən çox hədiyyə alacağına görə davanı ayırmağa çalışan zaman qardaşlardan biri tərəfindən güllələnib.

Yeniyetmə bacısını tapança ilə sinəsindən güllələyib, nəticədə gənc qız hadisə yerində ölüb. Bir neçə saniyə sonra ikinci yeniyetmə kiçik qardaşının qarnına atəş açıb. Yaralı xəstəxanaya aparılıb.

Milli.Az


Etiketlər:  ABŞ da yeniyetmə Milad hədiyyələri üstündə bacısını güllələyib


RƏYLƏR