Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sensasion iddia: Ukrayna F-16-larla darmadağın edir

Sensasion iddia: Ukrayna F-16-larla darmadağın edir

Tarix: 28 Dekabr 2023 08:50

F-16 qırıcılarının birinci partiyasının artıq Ukraynaya çatdırıldığı ehtimalı irəli sürülüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nyusvik" (Newsweek) nəşri yazıb.

Nəşrin iddiasına görə, dekabr ayında ardıcıl şəkildə Rusiya qırıcılarının vurulması sıradan hadisələr deyil.

Bildirilib ki, Rusiya son üç həftə ərzində 8 qırıcı təyyarə itirib:

"Dekabrın 5-də Ukrayna ordusu İlanlar adası yaxınlığında rus qırıcısını vurduğunu açıqlayıb. 12 gün sonra isə Rusiyanın aviabazasına edilən hücum zamanı Su-34 qırıcısı məhv edilib. Həmin gün Ukrayna mediası Rusiyanın yanlışlıqla özünün Su-25 taktiki bombardmançılarından birini vurduğunu yazıb. Dekabrın 22-də Ukrayna Rusiyanın daha üç Su-34 bombardmançı təyyarəsini məhv edib. Kiyev həm də 24 dekabrda rus ordusuna aid Su-30 və Su-34-ün məhv edildiyi haqqında açıqlama yayıb.

26 dekabrda Ukrayna Krımda Rusiyanın "Novoçerkassk" desant gəmisini vurub. Hazırda gəmiyə F-16-dan qanadlı raketlərin atıldığına dair fikirlər də səsləndirilməkdədir".

Nəşrin eksperti bildirib ki, bu uğurlar F-16 ilə bağlı ola bilər, sadəcə, Qərb 20 aylıq müharibədən dərs çıxarıb və anlayır ki, verdiyi mühüm silahı elan etməmək daha doğrudur.

Milli.Az


Etiketlər:  Sensasion iddia Ukrayna F 16 larla darmadağın edir


RƏYLƏR