Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Seçkilər zamanı rüşvət verməkdə şübhəli bilinən deputat həbs edildi

Seçkilər zamanı rüşvət verməkdə şübhəli bilinən deputat həbs edildi

Tarix: 28 Dekabr 2023 09:50

Tokio prokurorları Yaponiya parlamentinin aşağı palatasının üzvü, əvvəllər hakim Liberal Demokrat Partiyasını tərk etmiş Mito Kakizavanı həbs ediblər.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "NHK" telekanalı məlumat verib.

Belə ki, deputat seçkilər zamanı rüşvət verməkdə şübhəli bilinir. Lakin dindirilmələr zamanı deputat əməlinin rüşvət vermək cəhdi olmadığını deyərək təqsirini etiraf etməkdən imtina edib.

İstintaqın məlumatına görə, deputatı 500 min yen (təxminən 3,5 min ABŞ dolları - Qeyd) məbləğində cərimə və ya 3 ilədək həbs cəzası gözləyir. Polis əməkdaşları mümkün sübutları toplamaq üçün Kakizavanın ofisində axtarış aparıblar.


Etiketlər:  Seçkilər zamanı rüşvət verməkdə şübhəli bilinən deputat həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ