Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real" rəhbərliyi Ançelotti ilə bağlı yekun qərarını verdi

Tarix: 28 Dekabr 2023 11:38

"Real Madrid" rəhbərliyi baş məşqçi Karlo Ançelotti ilə bağlı yekun qərarını verib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "Kral klubu"nun idarəçiləri gələn ilin yanvarında 64 yaşlı mütəxəssislə müqavilə yeniləmək niyyətindədirlər.

Məlumata görə, rəhbərlik Ançelottinin işindən məmnundur və yanvarın 10-a qədər məsələni həll etməyə çalışacaq. Mənbə italiyalı çalışdırıcının da növbəti mövsümə "Real"da başlamaq variantına isti yanaşdığını vurğulayıb.

Ançelottinin İspaniya nəhəngi ilə indiki müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. Daha öncə sözügedən mütəxəssisin yayda Braziliya millisinin "sükanı arxası"na keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Qeyd edək ki, 18 tura 45 xal toplayan "Real" hazırda La Liqanın turnir cədvəlinə başçılıq edir. Paytaxt təmsilçisi eyni xala malik "Jirona"nı şəxsi oyunların nəticəsinə görə qabaqlayır.

Milli.Az


Etiketlər:  Real rəhbərliyi Ançelotti ilə bağlı yekun qərarını verdi


RƏYLƏR