Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AFFA-dan dava düşən matçla bağlı sərt cəzalar

AFFA-dan dava düşən matçla bağlı sərt cəzalar

Tarix: 28 Dekabr 2023 14:30

AFFA İntizam Komitəsi I Liqanın XII turunda keçirilən "Karvan" - "Zaqatala" oyunu ilə bağlı sərt qərarlar verib.

Qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə alan "Karvan"ın qapıçısı Amil Orucova 2-si şərti olmaqla 3 oyunluq cəza verilib.

Yevlax təmsilçisi 200 manat cərimələnibsə, oyunçuya sınaq müddəti 3 ay təyin olunub. "Karvan"ın digər futbolçusu Ruslan Voronsov rəqibi təpiklə vurduğuna görə qarşıdakı 4 matçı buraxmalı olacaq. Onun bu hərəkəti komandasını 300 manat xərcə salıb.

"Karvan"ın azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal mövsümdə ilk dəfə yaşandığına görə, yevlaxlılar xəbərdarlıqla canlarını qurtarıblar. Ancaq PFL Əsasnaməsinin tələbinin pozulması "Karvan"ı 50 manat ziyana salıb. Həmçinin, görüş bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğundan, meydan sahibləri daha 80 manat cərimə ödəyəcəklər.

"Zaqatala"dan isə Rüstəm Nuruyev qeyri-etik ifadə və ya hərəkətə görə 2-si şərti olmaqla 3 oyun cəzalanıb, klub 200 manat cərimə edilib. Ona sınaq müddəti 3 ay təyin olunub.

"Zaqatala"nın məşqçisi Nəsib Əliyev də cəzadan "nəsibini alıb". Hakimin qərarına etiraz etdiyi üçün birbaşa qırmızı vərəqə alan mütəxəssis 2 görüşdə texniki zonada olmayacaq. Bu üzdən zaqatalalılar 150 manat ziyana düşüblər.

Qeyd edək ki, "Zaqatala"nın 2:0 hesablı qələbəsi ilə başa çatan oyunun sonlarında hər iki komandanın futbolçuları arasında dava düşüb.


Etiketlər:  AFFA dava düşən matçla bağlı sərt cəzalar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ