Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2023 15:52
Qarabağdakı keçmiş separatçıların keçmiş lideri Samvel Şahramanyanın korteji İrəvanda polis tərəfindən saxlanılıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Polis Şahramanyana xəbərdarlıq edib ki, qanuna əsasən, onun kortejdə getməyə hüququ yoxdur.
Məlumatda qeyd olunub ki, polis Şahramanyana protokol tətbiq etməyib, sadəcə xəbərdarlıqla kifayətlənib.
Qeyd edək ki, Ermənistanda dövlət himayəsində olan şəxslər mühafizəçilərlə və kortejlərlə getmək imtiyazına malikdirlər.