Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Barselona"nın oyunçusu ilk klubuna mikroavtobus hədiyyə etdi

Tarix: 28 Dekabr 2023 21:08

"Barselona"nın müdafiəçisi Jül Kunde "Fraternel Landiras" (Fransa) klubuna hədiyyə təqdim edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

28 yaşlı yarımmüdafiəçi uşaq futbol komandasına mikroavtobus alıb. O, uşaqların oyunlara daha rahat getməsi üçün belə bir addım atıb.

Qeyd edək ki, Kunde 2022-ci ildən "Barselona"da oynayır. O, Fransa millisinin də üzvüdür. Kunde özü də "Fraternel Landiras"ın yetirməsidir.

Milli.Az


Etiketlər:  Barselonanın oyunçusu ilk klubuna mikroavtobus hədiyyə etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ