Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Niderland Rusiya ilə müharibəyə hazırlaşmalıdır - Vaynen

Niderland Rusiya ilə müharibəyə hazırlaşmalıdır - Vaynen

Tarix: 28 Dekabr 2023 23:14

Niderland cəmiyyəti Rusiya ilə müharibəyə hazırlaşmalıdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Niderland ordusunun baş komandanı Martin Vaynen deyib.

"Niderland müharibədən ciddi şəkildə qorxmalıdır və cəmiyyətimiz buna hazırlaşmalıdır. Haaqa İsveç, Finlandiya və Baltikyanı ölkələrdən nümunə götürməlidir, çünki onlar Rusiya ilə həmsərhəddirlər və ya ona yaxındırlar, ona görə də mümkün müharibəyə daha yaxşı hazırlaşırlar. Cəmiyyət nəyinsə səhv gedəcəyi ehtimalına hazır olmalıdır. Təhlükəsizliyimizə yalnız 1500 kilometr uzaqda olduğumuz üçün zəmanət verildiyini düşünməməliyik", - deyə M.Vaynen bildirib.

Milli.Az


Etiketlər:  Niderland Rusiya ilə müharibəyə hazırlaşmalıdır Vaynen


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ