Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ostin Qallantla danışdı: İrana bağlı silahlılar...

Ostin Qallantla danışdı: İrana bağlı silahlılar...

Tarix: 29 Dekabr 2023 07:12

ABŞ müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qallant ilə telefon danışığı aparıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Ostin ABŞ-ın HƏMAS-ın İsrailin təhlükəsizliyini bir daha təhdid edə bilməyəcəyini təmin etməkdə qətiyyətini bir daha təsdiqləyib. Həmçinin o, Qəzzanın mülki əhalisinin qorunmasının və humanitar yardımın çatdırılmasının sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Eyni zamanda, nazirlər Yaxın Şərqdəki təhlükəsizlik təhdidləri, o cümlədən Hizbullahın Livanın cənubunda sabitliyi pozan fəaliyyəti, İranla əlaqəli silahlıların İraq və Suriyadakı ABŞ əsgərlərinə hücumları və husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarını müzakirə ediblər.

Milli.Az


Etiketlər:  Ostin Qallantla danışdı İrana bağlı silahlılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ