Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsverməni təxirə sala bilər

Türkiyə İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsverməni təxirə sala bilər

Tarix: 29 Dekabr 2023 08:40

Türkiyə İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsverməni yanvarın ortalarına qədər təxirə sala bilər.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə RBC-Ukrayna BNN-ə istinadən məlumat yayıb.

Qeyd olunur ki, İsveçin NATO-ya qəbulu ilə bağlı Türkiyə parlamentinin Xarici Əlaqələr Komitəsinin təsdiq etdiyi protokol qanuna çevrilməzdən əvvəl prezident Rəcəb Tayyib Ərdoğanın hakim partiyasının üstünlük təşkil etdiyi 600 yerlik parlamentdən keçməlidir.

Bildirilir ki, növbədənkənar sessiyanın çağırılmasının mümkünlüyünə baxmayaraq, səsvermənin parlamentin yanvarın 15-nə planlaşdırılan qayıdışından sonra təxirə salınması ehtimalı daha yüksəkdir.


Etiketlər:  Türkiyə İsveçin NATO üzvlüyü ilə bağlı səsverməni təxirə sala bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ