Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail hərbiçiləri fələstinlilərin valyutadəyişmə məntəqələrinə basqın edib

İsrail hərbiçiləri fələstinlilərin valyutadəyişmə məntəqələrinə basqın edib

Tarix: 29 Dekabr 2023 14:58

İsrail hərbiçiləri fələstinlilərin valyutadəyişmə məntəqələrinə basqın edərək pullarını oğurlayıb.

Sonxeber.net-ın TurkicWorld-un məlumatına görə, bu barədə İsrail ordusu və daxili kəşfiyyat idarəsi Şin-Bet açıqlama verib.

İsrail ordusu, polisi və Daxili Kəşfiyyat İdarəsi Şin-Bet (Şabak) çoxlu sayda silahlı qüvvələri İordan çayının qərb sahilində bəzi valyutadəyişmə məntəqələri və şirkətlərə basqın edərək 10 milyon şekel (təxminən 2 milyon 700 min dollar) ələ keçirib.

Açıqlamada İordan çayının qərb sahilində dünən gecə keçirilən genişmiqyaslı basqınlarda HƏMAS-a aid olduğu iddia edilən milyonlarla şekelin ələ keçirildiyi bildirilib.

Ramallah, Cenin, Hebron, Tul Kərim və Bire şəhərlərində 21 şübhəlinin nəzarətə alındığı və istintaq davam etdiyi üçün onların həbs müddətinin uzadılacağı qeyd edilib.

Sözügedən şəxslərin valyutadəyişmə məntəqələrinin işçiləri olduğu bildirilib.

Bildirilib ki, reyd zamanı pulla yanaşı, seyflər, sənədlər, səsyazma cihazları və mobil telefonlar da götürülüb.

Fələstin administrasiyası və malları ələ keçirilən valyutadəyişmə məntəqələrindən hələlik heç bir açıqlama verilməyib.


Etiketlər:  İsrail hərbiçiləri fələstinlilərin valyutadəyişmə məntəqələrinə basqın edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ