Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2023 09:58
Türkiyə Kəşfiyyat Təşkilatı (MİT) və Təhlükəsizlik Baş İdarəsinin birgə keçirdiyi əməliyyat zamanı Türkiyədə sinaqoq və kilsələrə, həmçinin İraq səfirliyinə hücum etməyə hazırlaşan terrorçular ələ keçirilib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, 3-ü İŞİD terror təşkilatının məsul üzvü olmaqla məsələ ilə bağlı 32 şübhəli saxlanılıb.
İŞİD üzvləri olan "Abu Yakin El İraki" kod adlı Mikbel Əş-Şuveysi və "Abu Leys" kod adlı Məhəmməd Hilaf İbrahimin Türkiyədəki sinaqoq və kilsələrə, Abdullah El-Cumeyli İyheb Elaninin isə İraq səfirliyinə qarşı terror aktı həyata keçirməyə hazırlaşdığı məlum olub.
Əməliyyat nəticəsində təşkilata aid çox sayda rəqəmsal material da ələ keçirilib. Həmçinin saxlanılanlar verdikləri ifadələrdə İŞİD-ə qoşulmaları, Suriya və Türkiyədə bununla bağlı fəaliyyət göstərən şəxslər və həyata keçirilən işlər barədə məlumat veriblər.