Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Gənclərə dəstək” layihəsi çərçivəsində İzmirdə konsert keçirilib - FOTO

“Gənclərə dəstək” layihəsi çərçivəsində İzmirdə konsert keçirilib - FOTO

Tarix: 30 Dekabr 2023 14:15

Türkiyənin İzmir şəhərində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gənclərə dəstək" layihəsi çərçivəsində Ümümmilli lider Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi həsr olunmuş "1 əsrlik yol..." adlı konsert keçirilib.

Tədbir M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və İzmir Katib Çelebi Universiteti tərəfindən təşkil olunmuşdur. Qeyd edək ki, "Gənclərə dəstək" layihəsi iştirakçıları adıçəkilən Konservatoriyada artıq ikinci ildir ki, çıxış edirlər.

Filarmoniyanın direktor müavini, "Gənclərə dəstək" layihəsinin koordinatoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Ayla Kərimova-Zəkəriyyə tamaşaçılara layihə haqqında geniş məlumat verib və eyni zamanda bayram münasibəti ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti, professor Murad Adıgözəlzadənin təbriklərini çatdırıb.

Solistlər respublika və beynəlxalq müsabiqələr laureatları Camalə Abdinzadə (piano), Həmidə Adilova (viola), Aytac Kara (violin), Talıb İsgəndərli (bariton), Surə Rufət (violin), Calalə İsmayılzadə (cello, piano), Adnan Kərimli (zərb alətləri), Natavan Həsənova (qanun), Zəminə Babayeva-Yalçın (qanun), Svetlana Əhmədova (piano) öz ifalarını dinləyicilərə təqdim ediblər.

Proqramda Azərbaycan, türk və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənib.

Konsertin sonunda təşkilatçılar iştirakçılara təşəkkürünü bildirib və onlara diplomlar təqdim etdilər.

Xatırladaq ki, "Gənclərə dəstək" layihəsi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının həyata keçirdiyi layihədir və əsas məqsədi Azərbaycanda gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir. Layihə ideyasının müəllifi və onun bədii rəhbəri - Filarmoniyanın direktoru Murad Adıgözəl-zadə, layihənin koordinatoru - Filarmoniyanın direktor müavini Ayla Kərimova-Zəkəriyyədir.

Milli.Az


Etiketlər:  Gənclərə dəstək layihəsi çərçivəsində İzmirdə konsert keçirilib FOTO


RƏYLƏR