Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni il bayramını tək qeyd etməmək üçün bu yola əl atdı

Yeni il bayramını tək qeyd etməmək üçün bu yola əl atdı

Tarix: 30 Dekabr 2023 18:02

İtaliyada 24 yaşlı gəncə xırda oğurluq etdiyinə görə ev dustaqlığı verilib. O, evdə qalaraq, Yeni ili tək keçirəcəyini düşünüb və bu vəziyyəti düzəltmək qərarına gəlib.

Sonxeber.net sfera.az-a istinadən bildirir ki, gənc oğlan Kassinodakı San Domeniko həbsxanasının qarşısına gələrək, həbs olunmasını istəyib. Bu hərəkətdən çaş-baş qalan islah işçiləri polisə zəng vurublar və onlar həbs edilən şəxsi saxlayıblar.

Oğlan bayramlarda insanların arasında olmaq istəyib və qəsdən ev dustaqlığından qaçıb ki, həbsxanaya aparılsın.

Ancaq plan heç bir nəticə verməyib, hüquq-mühafizə orqanları onu yenidən ev dustaqlığına aparıblar.

Lakin polislər həbs olunan şəxsə söz veriblər ki, yaxın günlərdə məhkəməyə məlumat veriləcək və onu dinləyib hərəkətinin səbəblərini izah etməyə imkan verəcəklər. Saxlanılan şəxs növbəti dəfə qanuni qaydada kameraya salınmasını xahiş edib.


Etiketlər:  Yeni bayramını tək qeyd etməmək üçün yola atdı


RƏYLƏR