Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2023 18:20
Yanvarın 1-i Ukraynada matəm günü elan ediləcək.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin rəsmisi Anton Gereşenko X-də yazıb.
Onun sözlərinə görə, buna səbəb dekabrın 29-da Ukraynada həyata keçirilmiş kütləvi raket hücumudur.
A.Gereşenko bildirib ki, bu kütləvi hücum nəticəsində rekord sayda insan həlak olub.
Qeyd edək ki, dekabrın 29-da Ukraynaya kütləvi raket hücumu olub. Nəticədə 27 nəfər ölüb, 144 nəfər yaralanıb.