Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çexiyalı zabit: "F-16-lar Ukraynaya üstünlük verməyəcək"

Çexiyalı zabit:

Tarix: 30 Dekabr 2023 20:28

Çexiya Silahlı Qüvvələrinin polkovniki Zdenek Petraş Ukraynanın Amerikadan aldığı F-16 döyüş təyyarələrinin müharibədə heç bir üstünlük qazandırmayacağını bildirib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə o, Çexiya mətbuatına açıqlamasında deyib.

"Təəssüf ki, F-16 döyüş təyyarələri bəyan edilən miqdarda göndərilmir. Təyyarələr bu qarşıdurmada vəziyyəti əsaslı şəkildə dəyişməyə qadir deyil", - o qeyd edib.

Çexiya zabiti onu da vurğulayıb ki, Niderlandın Ukraynaya bir neçə F-16 göndərib-göndərməməsi ilə bağlı mediada yayılan xəbərlərdən məlumatsızdır.

Milli.Az


Etiketlər:  Çexiyalı zabit F 16 lar Ukraynaya üstünlük verməyəcək


RƏYLƏR