Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2023 22:28
ABŞ Milli Kosmos Agentliyinin (NASA) "Parker Solar Probe" missiyası 2024-cü il dekabrın 24-də Günəşin səthindən 6.1 milyon kilometr məsafədə ulduza ən yaxın uçuşu həyata keçirəcək.
Sonxeber.net teleqraf.com-a istinadən xəbər verir ki, zond Günəşin yanından 195 km/s sürətlə uçacaq.
2018-ci ildə buraxılan "Parker" getdikcə Günəşə daha çox yaxınlaşan keçidlər etmək üçün nəzərdə tutulub. Gələn ilin sonuna planlaşdırılan uçuş zonda Günəş-Yer məsafəsinin cəmi 4 faizini (149 milyon km) qət etməyə imkan verəcək.
Tədqiqatçılar ümid edirlər ki, zondun köməyi ilə Günəşin bəzi əsas prosesləri haqda yeni bilgilər əldə edə biləcəklər. Əsas məsələ Günəş tacının - ulduzun xarici atmosferinin fəaliyyətinin daha aydın izahıdır. Günəşin fotosferindəki temperaturu təxminən 6000 dərəcədir, amma tacın içərisində 1 milyon dərəcə və ya daha çox ola bilər.
Həmçinin tac daxilindən çölə çıxan yüklü hissəciklərin - elektronların, protonların və ağır ionların axını qəfil 400 km/s sürətlə hərəkət edən səsdən də yüksəyə qalxır. Elm adamları hələ də bunu tam izah edə bilmirlər.
"Parker" layihəsi ilə bağlı danışan NASA-nın elm adamı Nur Rauafi deyib:
"Demək olar ki, bir ulduza enəcəyik. Bu, bütün bəşəriyyət üçün monumental nailiyyət olacaq. Bu, 1969-cu ildə Aya enişlə bərabərdir".