Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bir insan əgər axirəti inkar edirsə, kafir sayılır?

Bir insan əgər axirəti inkar edirsə, kafir sayılır?

Tarix: 31 Dekabr 2023 05:02

Axirətə inam İslam dininin əsaslarından birini (üsuli-din) təşkil edir. Qiyamətə inanmayan, onu qəsdən inkar edən şəxs İslamdam çıxmış sayılır. Necə ki, İslam dininin sair vacib hökmlərindən hər hansı birini qəsdən inkar edən şəxs də kafir hökmünə düşür. Lakin insanların çoxusu qiyamət gününü inadkarlıq üzündən və küfr dərəcəsində inkar etmirlər. Bəzən dünyagörüşü çox da dərin olmayan şəxslər "o biri dünyadan kim xəbər gətirib ki?"düşüncəsi ilə axirət aləminə laqeyd yanaşırlar. Əslində bu yolla onlar axirəti inkar etməkdən daha çox, öz günahlarına cavab verəcəkləri qorxusunu üstələməyə çalışırlar. Bu şəxslərin şübhələri İslam dini ilə düşmənçilik həddində deyil. Buna görə də onları kafir hesab etmək düzgün olmaz. Amma əgər insan qəsdən və israrla axirəti inkar edirsə, qiyaməti ələ salırsa, bu fikri təbliğ edib yayırsa, onun bəhanə yeri qalmaz və küfrə düşər.


Etiketlər:  insan əgər axirəti inkar edirsə kafir sayılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ