Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Malaxovun verilişində Rəşid Behbudovun mahnısını oxudu

Malaxovun verilişində Rəşid Behbudovun mahnısını oxudu

Tarix: 31 Dekabr 2023 05:15

Şanson ifaçısı Cəlal Abbasov Rusiyanın "Rossiya 1" telekanalında aparıcı Andrey Malaxovun təqdimatında yayımlanan "Привет, Андрей!" verilişində qonaq olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, efirdə mərhum əfsanəvi Azərbaycan ifaçısı Rəşid Behbudovun repertuarından "Mən bir qızla tanış oldum" ("Я встретил девушку") mahnısını oxuyub. Onun ifasına digər qonaqlar da qoşulub.

Rusiyanın Xalq artisti Yuri Antonov Cəlal haqqında "Düzünü desəm, bu qədər gözəl oxuyacağını gözləmirdim, bu məni təəccübləndirdi" deyə, bildirib.

Qeyd edək ki, daha əvvəl proqrama Xalq artisti Əlixan Səmədov qatılmışdı.

Milli.Az


Etiketlər:  Malaxovun verilişində Rəşid Behbudovun mahnısını oxudu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ