Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qrizmann “qara zolağ”a düşüb

Qrizmann “qara zolağ”a düşüb

Tarix: 10 Noyabr 2019 11:28

“Barselona”nın hücumçusu Antuan Qrizmann uğursuzluq zolağına düşüb.

Qol.az xəbər verir ki, komandanın fransalı yeni legioneri ardıcıl 5 oyundur qol vura bilmir. O, dünən La Liqanın 13-cü turunda “Selta”yla oyunda da (4:1) fərqlənə bilməyib, 73-cü dəqiqədə isə Luis Suareslə əvəzlənib.

Daha əvvəl – Çempionlar Liqasının “Slaviya” ilə matçlarında (2:1, 0:0) və La Liqada “Levante” (3:1) və “Valyadolid”lə (5:1) görüşlərdə də Qrizmann rəqib qapısına yol tapmayıb.

 


Etiketlər:  Qrizmann qara zolağa düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ