Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2023 18:44
Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Yer kürəsini sonuncu maqnit qasırğası bürüyəcək.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, alimlərin ilkin proqnozuna görə, günəş aktivliyinin səviyyəsi G1 olacaq. Bu, ən aşağı göstəricidir, ona görə də qasırğa zəif olacaq.
Lakin meteohəssas insanlar, xüsusən də Yeni il ərəfəsində ehtiyatlı olmalıdırlar. Nəzərə almaq lazımdır ki, günəş partlayışları zamanı insanlarda daha çox stressə, yuxusuzluğa, səbəbsiz narahatlıq, əsəbilik, qorxu hissi yaranır.
Qasırğalar zamanı həkimlər hava şəraitindən asılı olan insanlara spirt və duz istehlakını məhdudlaşdırmağı, stress və əsəb gərginliyindən uzaq durmağı, daha çox su içməyi tövsiyə edir.
Vəziyyətinizi yüngülləşdirmək üçün kifayət qədər yuxu almaq və orqanizmi çox yükləməmək daha yaxşıdır. Siz həmçinin ağır yağlı qidalardan uzaq durmalı və gündə bir neçə porsiya tərəvəz və meyvə yeməlisiniz.