Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2024 19:42
Əlborz əyalətinin məhkəməsinin hakimi Hüseyn Fazeli bu gün Kərəcin mərkəzi zindanında beş məhbusun dar ağacından asıldığını bildirib.
Sonxeber.net bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Edam edilən məhbuslar "silahlı soyğunçuluq"da ittiham ediliblər.
İranda İnsan Haqları Təşkilatı ötən ilin son statistikasına əsasən qeyd edib ki, 2023-cü ildə İran həbsxanalarında 823 nəfər edam edilib.