Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Makron Yeni il təbrikində Rusiyanı dayandırmağa çağırdı

Makron Yeni il təbrikində Rusiyanı dayandırmağa çağırdı

Tarix: 1 Yanvar 2024 20:24

Fransa prezidenti Emmanuel Makron xalqa Yeni il müraciətində Rusiya və Ukrayna arasındakı münaqişə barədə sərt danışıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Fransa prezidenti Avropa Parlamentinə seçkilərin 2024-cü ilin iyununda keçiriləcəyini xatırladıb və deyib ki, səsvermə yolu ilə fransız seçicilər Avropanın suverenliyinin möhkəmləndirilməsi üçün öz mövqelərini bildirməli olacaqlar.

"Onlar Rusiyanı dayandırmaq və Ukraynanı dəstəkləmək və ya avtoritar qüvvələrə təslim olmaq arasında seçim etməlidirlər", - Emmanuel Makron deyib.

RİA Novosti-nin məlumatına görə, fransızlar Makronun müraciətini tənqid ediblər. "Le Figaro" qəzetindəki şərhlərdə onu ölkə tarixinin ən pis prezidenti adlandırıb, Rusiyanı təxribata çəkməkdənsə, ABŞ-ı daha az dinləməyə və Ukraynada sülhün tərəfdarı olmağa çağırıblar.

Milli.Az


Etiketlər:  Makron Yeni il təbrikində Rusiyanı dayandırmağa çağırdı


RƏYLƏR