Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rayan Reynolds “Dedpul-3” filminin çəkilişlərindən paylaşım edib - FOTO

Rayan Reynolds “Dedpul-3” filminin çəkilişlərindən paylaşım edib - FOTO

Tarix: 2 Yanvar 2024 03:20

Rayan Reynolds Dedpul geyimində yeni fotosunu paylaşıb.

"Təşəkkür edirəm 2023. İlin əsas hissəsini sevdiyim insanlarla işlərərək və oynayaraq keçirdim", - deyə Reynolds sosial şəbəkədə hesabında yazıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Dedpul-3" filminin 26 iyul 2024-cü ildə çıxması planlaşdırılır. Reynolds bu yaxınlarda medianı və pərəstişkarlarını filmi korlamamaq üçün çəkilişdən fotoları dərc etməməyə çağıran yazı paylaşmışdı.

"Sürprizlər kinonun sehrinin bir hissəsidir. Yeni Dedpul filmini daxili və ya rəqəmsal olaraq deyil, praktik effektlərdən istifadə etməklə real, təbii şəraitdə çəkmək bizim üçün vacibdir. Teleobyektivlər sürprizləri məhv etməyə və hər kəs üçün çətin vəziyyətlər yaratmağa davam edir",  - o yazıb.

Qarşıdan gələn filmin süjeti açıqlanmayıb, lakin media onun həqiqətən də müxtəlif dünyalar arasında səyahətə həsr olunacağına inanır.

Qeyd edək ki, filmin rejissoru Şon Levidir.

Milli.Az


Etiketlər:  Rayan Reynolds Dedpul filminin çəkilişlərindən paylaşım edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ