Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ”ın qapıçısı polis bölməsinə APARILIB - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ın qapıçısı polis bölməsinə APARILIB - RƏSMİ AÇIQLAMA

Tarix: 2 Yanvar 2024 14:40

"Qarabağ"ın rusiyalı qapıçısı Andrey Lunyovun polis bölməsinə aparması barədə dedikləri ciddi rezonans doğurub.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, hazırda Azərbaycandan kənarda istirahətdə olsa da, məsələ ilə bağlı "Qarabağ"ın mətbuat katibi Anar Hacıyev açıqlama verib:

"Lunyov Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb. Onlar hesab ediblər ki, Andrey yol hərəkəti qaydalarını pozub. Lunyov bununla razılaşmayıb və avtomobil qaydalarını pozduğunu ona sübut etmək üçün bölməyə dəvət edilib. Nəticədə Lunyov başa düşüb ki, o, həqiqətən də qaydaları pozub və bütün dünyada olduğu kimi cərimə ödəyib. Andrey özü də iddia edir ki, müsahibə verdiyi rusiyalı jurnalist onun dediklərini müəyyən qədər təhrif edib", - deyə mətbuat katibi bildirib.

Eyni zamanda "Qarabağ" təmsilçisi Lunyovla bağlı insidentin nə vaxt və harada baş verdiyini, hansı şöbəyə aparıldığını açıqlamayıb.

Milli.Az


Etiketlər:  Qarabağın qapıçısı polis bölməsinə APARILIB RƏSMİ AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ