Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

2023-cü ildə neçə milyarder ölüb?

2023-cü ildə neçə milyarder ölüb?

Tarix: 2 Yanvar 2024 19:02

2023-cü ildə "Forbes" siyahısında olan 21 milyarder ölüb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə nəşr məlumat yayıb.

Onların doqquzunun ABŞ vətəndaşı olduğu, üç milyarderin Hindistanda, ikisinin Malayziyada öldüyü dəqiqləşib. 21 ölüm hadisəsindən yalnız bir sahibkar qadındır (Çin əczaçılıq şirkəti WuXi AppTec Zhao Ning-in həmtəsisçisi). Onun 56 yaşı var idi və son 20 ildə xərçənglə mübarizə aparırdı.

2023-cü ildə dünyasını dəyişən milyarderlərin orta yaşı 85 olub. Ən yaşlı ölən "Uorren Baffetin Berkshire Hathaway" şirkətinin sədr müavini və səhmdarı 99 yaşlı Çarlz Munger və 95 yaşlı Billi Co olub.

Əvvəllər məlum olub ki, 2023-cü ildə dünyanın beş yüz ən varlı adamı arasından olan milyarderlər 2022-ci ildə itirdikləri 1,4 trilyon dollar məbləğində itkiləri qaytarıblar.

Sentyabr ayında misirli milyarder Məhəmməd Əl-Fayed 94 yaşında vəfat edib. Məhəmməd Əl-Fayed İngiltərənin "Fulham" futbol klubunun və Londonun "Harrods" univermağının sahibi, 31 avqust 1997-ci ildə Parisdə şahzadə Diana ilə birlikdə avtomobil qəzasında həlak olan Dodi Əl-Fayedin atası kimi tanınırdı.

Milli.Az


Etiketlər:  2023 ildə neçə milyarder ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ