Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milyonlarla amerikalı internetsiz qalacaq?

Milyonlarla amerikalı internetsiz qalacaq?

Tarix: 3 Yanvar 2024 11:38

ABŞ-də keçirilən prezident seçkiləri öncəsi milyonlarla amerikalı internetsiz qala bilər. 

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Bildirilir ki, ABŞ-də tətbiq olunan "Əlçatan rabitə proqramı" mərhələli şəkildə ləğv olunduğu halda, bu baş verə bilər. Belə ki, proqramı davam etdirmək üçün kifayət qədər vəsait tapılmazsa, o dayandırılacaq. 2020-ci ildən istifadəyə verilən sözügedən proqram təxminən 22 milyon azgəlirli amerikalını internet xidməti ilə təmin edir.  

Mənbə qeyd edir ki, proqramın dayandırılması çoxlu sayda aztəminatlı vətəndaşı hazırkı hakimiyyətdən uzaqlaşdıra bilər. Onlar seçkilərdə öz narazılıqlarını ifadə edə bilərlər.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Hazırkı Prezident, demokrat Co Bayden və sabiq Prezident, respublikaçı Donald Trampın növbəti dəfə ölkədə əsas post uğrunda mübarizə aparacağı gözlənilir.


Etiketlər:  Milyonlarla amerikalı internetsiz qalacaq


RƏYLƏR