Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni ilin ilk günü Lopezin bu hərəkəti ərini özündən çıxardı - FOTO

Yeni ilin ilk günü Lopezin bu hərəkəti ərini özündən çıxardı - FOTO

Tarix: 3 Yanvar 2024 18:45

Dünyaca məşhur müğənni Cenifer Lopez və Ben Afflek 2024-cü ili Karib adalarında, milyarderlərin və məşhurların istirahətə üstünlük verdiyi Müqəddəs Bartolomey adasında qarşılayıb. 

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, Afflek həyat yoldaşına yeni il sürprizi etmək qərarına gəlib. Bu məqsədlə cütlük zərgərlik butikini ziyarət etmək üçün Qustaviyaya gəlib.

Onları təqib edən paparazilər cütlüyün mübahisə etdiyi anı lentə almağı bacarıblar. Belə ki, görüntülərdə məşhurların necə mübahisə etdiyi aydın görünüb.

Əvvəlcə onlar böyük maraqla zinət əşyalarına baxıb. Lopez seçimini çox ləng edib, bu isə Affleki yorub. Paparazilər aktyorun yorğun və cansıxıcı adama oxşadığını qeyd ediblər.

Lopez əvvəlcə ərinə qəzəbli cavab verib, lakin sonra fərqli siyasət aparıb. Sakit dayanaraq xəfif gülümsəyib və Afflekin sakitləşməsini gözləyib. Bundan sonra Ben Lopezin şəklini çəkərək onu öpüb. Daha sonra cütlük əl-ələ tutub gəzintiyə çıxıblar.

Milli.Az


Etiketlər:  Yeni ilin ilk günü Lopezin bu hərəkəti ərini özündən çıxardı FOTO


RƏYLƏR